Dağlıq ərazilərdə 6 dərəcəyədək şaxta qeydə alınıb - Faktiki hava
Milli Hidrometeorologiya Xidmətinin noyabrın 14-ü saat 9:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi, bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur.
Milli Hidrometeorologiya Agentliyindən Sizinxeber.az-ya verilən xəbərə görə, düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 2 mm, Astarada 28 mm, Lənkəranda 10 mm, Lerikdə 7 mm, Qəbələdə 6 mm, Şamaxıda 5 mm, Şəki, Oğuz, Quba, Neftçala, Göygöl, Daşkəsən, Şərur, Ağsu, İsmayıllı, Şabran, Zaqatala, Balakən, Qobustan, Tərtər, Mingəçevir, Yevlax, Göyçay, Yardımlı, Biləsuvarda 2 mm olub.
Daşkəsən, Gədəbəy, Göygöl, Naftalan, Şəmkir, Balakən, Qax, Şəki, Şamaxı, Qobustan, Xaltan, Şərur, Göyçay, Naxçıvan, Gəncə, Biləsuvar, Lerikdə duman müşahidə olunub.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 8 , Naxçıvan MR-da 4 , Aran rayonlarında 8 dərəcəyədək isti, dağlıq rayonlarda 3 , yüksək dağlıq ərazilərdə 6 dərəcəyədək şaxta qeydə alınıb.
Oxşar xəbərlər
Azərbaycanda bəzi yerlərdə şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVA
Şimşək çaxır, leysan xarakterli yağış yağır - FAKTİKİ HAVA
Havanın maksimal temperaturu 35 dərəcə olub - FAKTİKİ HAVA
Bakıda və Abşeron yarımadasında sulu qar yağır
Şimşək çaxıb, bəzi yerlərdə leysan yağıb - FAKTİKİ HAVA
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













