Sabah yağış yağacaq, dolu düşəcək - HAVA PROQNOZU
Oktyabrın 15-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Sizinxeber.az-ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 12-16° isti, gündüz 17-20° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu olacaq. Nisbi rütubət gecə və gündüz 60-70 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gündüz əksər rayonlarda yağıntıda fasilə olacaq. Arabir duman. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 11-15° isti, gündüz 16-21° isti, dağlarda gecə 3-7° isti, gündüz 10-15° isti olacaq.
Oxşar xəbərlər
Sabah yağış yağacaq, dolu düşəcək - PROQNOZ
Sabah yağış yağacaq, rayonlarda dolu düşəcək - PROQNOZ
Sabah leysan yağacaq, dolu düşəcək - PROQNOZ
Sabah yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
-
DÇ-2026: Argentina Avstriyaya qarşı ilk hissəni Messinin qolu ilə öndə tamamlayıb - YENİLƏNİR-3
