Bəzi rayonlarda yağış yağıb, dənizdə dalğanın hündürlüyü 3.8 metrə çatıb - FAKTİKİ HAVA
Avqustun 9-u saat 9:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Sizinxeber.az-ya verilən xəbərə görə, əvvəlcədən xəbər verildiyi kimi, əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib. Lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağıb, şimşək çaxıb. Ayrı-ayrı yerlərdə leysan xarakterli olub.
Düşən yağıntının miqdarı: Balakəndə 11 mm, Oğuz, Culfa, Şamaxıda 2 mm-dək olub.
Əvvəlcədən verildiyi kimi, şimal-qərb küləyi arabir sarı xəbərdarlığa uyğun olaraq Culfada 19 m/s, Bakıda və Abşeron yarımadasında 18 m/s-dək güclənib.
Neft daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 3.8 metrə çatıb.
Qrız, Şabran, Şahdağda duman müşahidə olunub.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 31, Naxçıvan MR və Aran rayonlarında 36, dağlıq rayonlarda isə 25 dərəcəyədək isti olub.
Oxşar xəbərlər
Bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA
Paytaxtda külək güclənib, dağlıq rayonlarda yağış yağıb - FAKTİKİ HAVA
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
-
Günəşdə güclü partlayış oldu
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
