Göygöldə avtomobillər toqquşub, iki qardaş xəsarət alıb
sizinxeber.az xəbər saytı

Göygöldə avtomobillər toqquşub, iki qardaş xəsarət alıb


Göygöldə yol qəzası baş verib, 3 nəfər xəsarət alıb.

"Sizinxeber.az"un Qərb bürosunun məlumatına görə, hadisə Bakı-Qazax-Gürcüstan avtomobil yolunun Göygöl rayonunun Quşqara kəndindən keçən hissəsində baş verib.

İlkin məlumata görə, "VAZ" və "Chevrolet" markalı avtomobillərin toqquşuması nəticəsinsə Nadel kənd sakinləri iki qardaş 1993-cü il təvəllüdlü Orxan Həsənli və 1994-cü il təvəllüdlü Tərxan Həsənli, eyni zamanda 1994-cü il təvəllüdlü Elyar Əmirzadə müxtəlif bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya çatdırılıb, xəsarət alanlara ilkin tibbi yardım göstərilib, müalicələri davam edir.

Faktla bağlı araşdırna başlanılıb.

Oxşar xəbərlər

Gəncədə iki avtomobil toqquşub, üç nəfər xəsarət alıb
Samuxda iki avtomobil toqquşub, beş nəfər xəsarət alıb
Ağstafada avtomobil təmir sexinə çırpılıb, 3 nəfər xəsarət alıb
Bakı-Qazax magistral yolunda avtomobillər toqquşub, xəsarət alanlar var
Goranboyda avtomobil qəzalarında 6 nəfər xəsarət alıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər