Naxçıvanda avtomobillər toqquşub, dörd nəfər xəsarət alıb
sizinxeber.az xəbər saytı

Naxçıvanda avtomobillər toqquşub, dörd nəfər xəsarət alıb


Naxçıvanda dörd nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Sizinxeber.az"un yerli bürosu xəbər verir ki, hadisə Babək rayonu Araz kəndi yaxınlığında qeydə alınıb.

67-BN-063 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobillə 67-BM-165 dövlət nömrə nişanlı "NAZ-Lifan" markalı avtomobil toqquşub.

Qəza nəticəsində 1983-cü il təvəllüdlü Nazim Salmanov, 1977-ci il təvəllüdlü Aminə Ələkbərova, 1963-cü il təvəllüdlü Hikmət Muradov və 1970-ci il təvəllüdlü Zülfünaz Fərzəliyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Babək rayonunda avtomobillər toqquşub, xəsarət alanlar var
Naxçıvanda iki avtomobil toqquşub, xəsarət alanlar var
Naxçıvanda iki avtomobil toqquşub, dörd nəfər xəsarət alıb
Batabat yolunda avtomobil yoldan çıxaraq aşıb, 5 nəfər xəsarət alıb
Xaçmazda iki avtomobil toqquşub, xəsarət alanlar var

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər