Ağcabədidə iki avtomobil toqquşub, xəsarət alanlar var
sizinxeber.az xəbər saytı

Ağcabədidə iki avtomobil toqquşub, xəsarət alanlar var


Ağcabədi rayonunda dörd nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qarabağ Bürosunun xəbərinə görə, hadisə rayonun Rəncbərlər kəndi ərazisində qeydə alınıb.

Belə ki, iki avtomobilin toqquşması nəticəsində Rövşən İsmayılov, Eldəniz Əbülfət, Saya Mehralızadə və Gülüm Mehralıyeva xəsarət alıblar.

Toqquşmanın təsirindən Rövşən İsmayılovun idarə etdiyi "VAZ 2106" markalı avtomobil yol kənarındakı dərəyə aşıb.

Yaralılar Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Ağcabədidə yol qəzası olub, xəsarət alanlar var
Lənkəranda avtomobil dərəyə aşıb, xəsarət alanlar var
Ağcabədidə ağır qəza nəticəsində 5 nəfər ölüb, xəsarət alanlar var - FOTO
Sabirabadda avtomobil su kanalına aşıb, xəsarət alanlar var
Mingəçevirdə iki avtomobil toqquşub, xəsarət alanlar var 

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər