Bakıdakı UFC turnirinin əsas döyüşündə Rafael Fiziyev Manuel Torreslə üz-üzə gələcək
İyunun 27-də Bakıda keçiriləcək UFC turnirinin əsas döyüşündə Azərbaycan təmsilçisi Rafael Fiziyev meksiyalı Manuel Torreslə üz-üzə gələcək.
Bu barədə "Report"a Bakı Şəhər Halqasından məlumat verilib.
İkinci-əsas döyüşdə isə azarkeşləri ulduz döyüşçü Şarabutdin "Shara Bullet" Maqomedov ilə "dağıdıcı" döyüş tərzi ilə tanınan Michel Pereira arasında yüksək səviyyəli orta çəki qarşılaşması gözləyir.
UFC-nin Azərbaycandakı debüt uğurundan sonra təşkilatın regiona yenidən qayıtması Bakının dünya səviyyəli idman tədbirləri və beynəlxalq yarışlar üçün aparıcı məkan kimi mövqeyini daha da möhkəmləndirir.
Qeyd edək ki, Rafael "Ataman" Fiziev (13-5, Bakı, Azərbaycan) hazırda yüngül çəki divizionunda 11-ci pillədə qərarlaşıb və özünəməxsus dünya səviyyəli zərbə texnikası ilə doğma arenada qələbə qazanaraq çempionluq mübarizəsinə geri dönməyi hədəfləyir. Onun rəqibi isə Meksikanın Tijuana şəhərindən olan, UFC-dəki bütün qələbələrini nokautla qazanan və 100 faiz finiş göstəricisinə sahib Manuel "Loco" Torresdir (17-3).
UFC FIGHT NIGHT BAKU döyüş gecəsi qlobal platformalarda canlı yayımlanacaq və milyonlarla tamaşaçı tərəfindən izlənəcək. Yerli azarkeşlər isə Bakıdakı möhtəşəm döyüş gecəsini canlı izləmək imkanı əldə edəcəklər.
Bilet satışı tezliklə başlayacaq. Bütün yeniliklərdən xəbərdar olmaq və biletlərə erkən çıxış imkanı əldə etmək üçün azarkeşlərə UFC.com/Baku ünvanında qeydiyyatdan keçmələri tövsiyyə edilir.
Həmçinin, UFC FIGHT NIGHT BAKU ilə bağlı ən son yenilikləri @fightnightbaku səhifəsindən izləyə bilərsiniz.
Oxşar xəbərlər
Rafael Fiziyev Nazim Sadıxovun Bakıda keçiriləcək UFC turnirində qələbə qazanacağına inanır
Rafael Fiziyev: "Bu azarkeşlərin qarşısında uduza bilməzdim"
Rafael Fiziyev: "Doğma ölkədə döyüşmək məsuliyyətlidir"
UFC-nin iki məşhur döyüşçüsü Bakıya gələcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tural Əsgərov: "Elvin Cəfərquliyevlə maraqlanan klubların sayı çoxdur"
-
DÇ-2026: Mərakeş Şotlandiya üzərində qələbə qazanıb - YENİLƏNİB-4
-
XİN başçısı: Serbiya və Xorvatiya arasında açıq qalan məsələlərin siyasiləşdirilməsindən çəkinmək lazımdır
-
Britaniyada iki qatar toqquşub, 89 nəfər yaralanıb
-
Makron üçüncü ölkələrdə miqrantların qaytarılması üzrə mərkəzlərin yaradılmasına qarşı çıxıb
-
Azərbaycan şahmatçısı Aydın Süleymanlı dünya çempionu Maqnus Karlseni məğlub edib
