"Prezident Kuboku 2026"nın qalibi Qiyas Əhmədov: "Əvvəlcədən inanırdıq ki, nəticəmiz əla olacaq"
sizinxeber.az xəbər saytı

"Prezident Kuboku 2026"nın qalibi Qiyas Əhmədov: "Əvvəlcədən inanırdıq ki, nəticəmiz əla olacaq"


Azərbaycan təmsilçisi Qiyas Əhmədov Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən "Prezident Kuboku 2026" beynəlxalq reqatasında nəticələrinin əla olacağına inanıb.

"Sizinxeber.az"un yarışa ezam olunan əməkdaşı xəbər verir ki, idmançı bunu Mingəçevirdə jurnalistlərə açıqlamasında deyib.

Tengiz Qaqnidze ilə birlikdə ikinəfərlik kayak qayığında (2008-2009-cu il təvəllüdlü idmançılar) qızıl medal qazanan idmançı turnirdə yüksək nəticə göstərdiklərini bildirib:

"Çox şadam ki, bu yarışda ən yüksək nəticəni göstərdik. Bu, düzgün məşq prosesinin bəhrəsidir. Yarışa çox ciddi hazırlaşmışdıq. Əvvəlcədən inanırdıq ki, nəticəmiz əla olacaq. Baxmayaraq ki, müəyyən çətinliklər oldu. Gündüz saatlarında keçirilən yarış olduğu üçün müəyyən yorğunluq var idi".

Qeyd edək ki, Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən turnirdə Azərbaycanla yanaşı, Çexiya, Gürcüstan, Almaniya, Yunanıstan, Qazaxıstan, Qırğızıstan, Litva, Moldova, Rumıniya, Serbiya, İsveç, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən artıq idmançı iştirak edib.

Oxşar xəbərlər

"Prezident Kuboku 2026": Azərbaycan idmançıları daha bir medal qazanıblar - YENİLƏNİB-2
"Pezident Kuboku 2026: Azərbaycan komandası daha 1 qızıl və 1 gümüş medal qazanıb
"Prezident Kuboku 2026": Mingəçevirdə sonuncu yarış gününün qalibləri mükafatlandırılıb
Azərbaycan "Prezident Kuboku 2026" beynəlxalq reqatasını 9 medalla başa vurub
Azər İlyasov: "İtaliyadakı yarışın yorğunluğuna rəğmən, "Prezident Kuboku 2026"da qızıl medal qazandım"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər