Azər İlyasov: "İtaliyadakı yarışın yorğunluğuna rəğmən, "Prezident Kuboku 2026"da qızıl medal qazandım"
sizinxeber.az xəbər saytı

Azər İlyasov: "İtaliyadakı yarışın yorğunluğuna rəğmən, "Prezident Kuboku 2026"da qızıl medal qazandım"


Azərbaycanlı avarçəkən Azər İlyasov yorğun olmasına baxmayaraq, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan "Prezident Kuboku 2026" beynəlxalq reqatasında qızıl medal qazanmağı bacarıb.

"Report"un Mingəçevirə ezam olunan əməkdaşı xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında akademik avarçəkmədə birnəfərlik qayıqla 1500 metr məsafəyə (2008–2009 təvəllüdlü idmançılar) yürüşdə qızıl medal qazanan idmançı deyib.

O, yarışa ciddi hazırlaşdığını bildirib:

"Yarış yüksək səviyyədə təşkil olunub. Bir neçə gün əvvəl İtaliyada yarışda iştirak etmişdim. Yarışın yorğunluğu hələ canımdan çıxmamışdı. Qızıl medal qazanacağımı gözləyirdim. Baxmayaraq ki, mənə "bacarmayacaqsan, yorğunsan" sözlərini deyirdilər. Lakin özümdə güc topladım və bunu bacardım".

A.İlyasov 4 gün əvvəl İtaliyada "Paolo d"Aloja" turnirində bürünc medal qazanmasına da münasibət bildirib:

"Bu yarışa da ciddi hazırlaşmışdım. Təxminən 7 ay idi ki, bu yarışı düşünürdüm. Şükürlər olsun ki, turnirdən əliboş qayıtmadım".

Qeyd edək ki, Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən turnirdə Azərbaycanla yanaşı, Çexiya, Gürcüstan, Almaniya, Yunanıstan, Qazaxıstan, Qırğızıstan, Litva, Moldova, Rumıniya, Serbiya, İsveç, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən artıq idmançı iştirak edir. Reqata mayın 1-də başa çatacaq.

Oxşar xəbərlər

"Prezident Kuboku 2026": Azərbaycan avarçəkəni Azər İlyasov qızıl medal qazanıb - YENİLƏNİB
"Prezident Kuboku 2026": Azərbaycan avarçəkənləri günü 4 medalla başa vurublar - YENİLƏNİB-2
"Prezident Kuboku 2026": Azərbaycan avarçəkənləri günü 4 medalla vaşa vurublar - YENİLƏNİB-2
Azərbaycan avarçəkəni “Prezident Kuboku-2025” turnirində gümüş medal qazanmasına münasibət bildirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər