"Pezident Kuboku 2026: Azərbaycan komandası daha 1 qızıl və 1 gümüş medal qazanıb
sizinxeber.az xəbər saytı

"Pezident Kuboku 2026: Azərbaycan komandası daha 1 qızıl və 1 gümüş medal qazanıb


Azərbaycan komandası Mingəçevirdə davam edən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən "Prezident Kuboku 2026" beynəlxalq reqatasında daha 1 qızıl və 1 gümüş medal qazanıb.

"Sizinxeber.az"un turnirə ezam olunan əməkdaşı xəbər verir ki, təmsilçilərimizdən iki nəfərlik kayak qayığında Tengiz Qaqnidze - Qiyas Əhmədov cütü 200 metr məsafəyə yarışda qızıl mükafata sahib çıxıb.

Niyaz Məlikov - İvan Vorobyanski (2008-2009) cütü isə gümüş medal qazanıb.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən turnirdə Azərbaycanla yanaşı, Çexiya, Gürcüstan, Almaniya, Yunanıstan, Qazaxıstan, Qırğızıstan, Litva, Moldova, Rumıniya, Serbiya, İsveç, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən artıq idmançı iştirak edir.

Oxşar xəbərlər

"Prezident Kuboku 2026": Azərbaycan avarçəkəni Azər İlyasov qızıl medal qazanıb - YENİLƏNİB
Azərbaycan avarçəkəni Əlimurad Hacızadə "Prezident Kuboku 2026" reqatasında gümüş medal qazanıb
"Prezident Kuboku 2026": Azərbaycan avarçəkənləri günü 4 medalla başa vurublar - YENİLƏNİB-2
Əlimurad Hacızadə: "Azərbaycana ilk medalı qazandırdığım üçün sevincliyəm"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər