Sərsəng su anbarında "Prezident Kuboku 2026" beynəlxalq reqatası başlayır
Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə avarçəkmə və kanoe üzrə "Prezident Kuboku 2026" beynəlxalq reqatası bu gün start götürəcək.
"Sizinxeber.az"un yarışa ezam olunan əməkdaşı xəbər verir ki, turnir ilk dəfə olaraq Sərsəng su anbarında başlayacaq.
Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümünə həsr edilən reqatanın ilk günündə – aprelin 27-də Sərsəng su anbarında akademik avarçəkmə, kayak, kanoe, draqon qayıqları və yelkənli qayıqlar üzrə idmançıların nümunəvi çıxışları və ilk yarışlar keçiriləcək. İştirakçı ölkələrin bayraqlarını daşıyan skuterlər su üzərində dövrə vuracaq.
Tədbir çərçivəsində milli musiqi və rəqs nümunələri də nümayiş etdiriləcək.
Qeyd edək ki, "Prezident Kuboku 2026" beynəlxalq reqatasında Azərbaycan, Çexiya, Gürcüstan, Almaniya, Yunanıstan, Qazaxıstan, Qırğızıstan, Litva, Moldova, Rumıniya, Serbiya, İsveç, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən artıq idmançı mübarizə aparacaq. Reqataya mayın 1-də yekun vurulacaq.
Oxşar xəbərlər
ASİNF "Prezident Kuboku 2026" öncəsi Ağdərə sakinləri ilə görüş keçirib
Avarçəkmə üzrə "Prezident Kuboku" ilk dəfə Sərsəngdən start götürəcək
“Prezident Kuboku” ilk dəfə Sərsəngdən başlayacaq!
"Prezident Kuboku 2026" reqatasında Azərbaycanı 57 idmançı təmsil edəcək
“Prezident Kuboku-2025” beynəlxalq reqatası çərçivəsində Füzuli sakinləri üçün xüsusi tədbir keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Tramp Qətərin ona bağışladığı nəhəng təyyarəni göstərdi - Video
