Avropa çempionatı: Azərbaycanın üç yunan-Roma güləşçisi yarımfinala vəsiqə qazanıb
Azərbaycanın üç yunan-Roma güləşçisi Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında yarımfinala vəsiqə qazanıb.
"Sizinxeber.az" xəbər verir ki, Nihat Məmmədli (60 kq), Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) bu raunda yüksəliblər.
N.Məmmədli 1/4 finalda Vladislav Kuzkonu (Ukrayna) məğlub edib. O, yarımfinalda Suren Ağacanyanla (Ermənistan) qarşılaşacaq.
H.Cəfərov ardıcıl olaraq Niklas Yan Ohlen (İsveç) və Abu Amaevə (Bolqarıstan) qalib gəlib.
Q.Qurbanov isə Svetoslav Nikolov (Bolqarıstan) və Mixail Bradandan (Moldova) güclü olub.
Ruslan Nurullayev (72 kq) ilk qarşılaşmasında Dmitri Vasilyevi (Ukrayna) məğlub etsə də, 1/4 finalda Qaspar Terteryana (Ermənistan) uduzub.
Murad Əhmədiyev (97 kq) Arvi Savolayneni (Finlandiya) məğlub edərək 1/8 finala yüksəlib. Ardınca Filip Smetkonu (Xorvatiya) üstələyən idmançı Artur Sarkisyana (UWW) uduzub.
Xatırladaq ki, Rəşad Məmmədov (55 kq), İslam Abbasov (87 kq) və Beka Kandelaki (130 kq) bu gün bürünc medal uğrunda görüşlərə çıxacaqlar.
Avropa çempionatı aprelin 26-da başa çatacaq.
Oxşar xəbərlər
Avropa çempionatı: Azərbaycanın daha üç yunan-Roma güləşçisi finala vəsiqə qazanıb
Avropa çempionatında Azərbaycanın daha beş güləşçisi mübarizəyə qoşulacaq
İslam Abbasov və Beka Kandelaki Avropa çempionatının yarımfinalına vəsiqə qazanıb
Paris-2024: Həsrət Cəfərov yarımfinalda azərbaycanlı güləşçiyə uduzub - YENİLƏNİB 2
Paris-2024: Həsrət Cəfərov yarımfinalda azərbaycanlı güləşçiyə uduzub - YENİLƏNİB2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İtkin şəhidimiz “Rəşadət” ordeni ilə təltif edildi - FOTO
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
Aşura günündə indiyədək 1140,3 litr qan toplanıb - YENİLƏNİB-3
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
