Uşaqların I sinfə elektron qəbulu prosesi davam edir
sizinxeber.az xəbər saytı

Uşaqların I sinfə elektron qəbulu prosesi davam edir


Mayın 6-dan start verilən 2025-2026-cı tədris ili üzrə uşaqların I sinfə elektron qəbulu prosesi davam edir.

APA xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyndən bildirilib.

Qeyd edilib ki, rus bölməsi üzrə müsahibələrin keçirilməsi prosesi 31 may tarixində yekunlaşıb. Müsahibə prosesində övladlarının qiymətləndirilməsindən narazı olan valideynlərin müraciətlərinə isə 3 iyuna qədər baxılacaq.

"Nəzərinizə çatdırırıq ki, 17 iyun 2025-ci il saat 11:00-dan 12 sentyabr saat 18:00-a qədər dövlət ümumitəhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbul məqsədilə müsahibədən uğurla keçən uşaqlar üçün məktəb və müəllim seçimi ilə bağlı sorğuların yerləşdirilməsi prosesi həyata keçiriləcək.

Bununla yanaşı, 17 iyun 2025-ci il saat 11:00-dan 17 iyul 2025-ci il saat 10:59-a qədər isə Abşeron rayonu, Bakı, Sumqayıt və Gəncə şəhəri üzrə tətbiq edilən ümumi təhsil müəssisələrində prioritet əsasında məktəb və müəllim seçimi həyata keçiriləcək", - məlumatda vurğulanıb.

Oxşar xəbərlər

104 minə yaxın uşağın birinci sinfə qəbulu prosesi tamamlanıb
Bu günə qədər I sinfə 127 mindən çox uşaq qəbul edilib
MÜTDA: 71 minə yaxın uşaq məktəbəhazırlıq qrupuna qəbul edilib
I sinifə qəbul üzrə daha 4000 nəfər qeydiyyatdan keçib
Ölkə üzrə I siniflərə 132 261 uşaq qəbul olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle