Ölkə üzrə I siniflərə 132 261 uşaq qəbul olunub
Ölkə üzrə I siniflərə 132 261, məktəbəhazırlıq qruplarına isə 89 000 uşaq qəbul olunub.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən APA-ya verilən xəbərə görə, 2024-2025-ci tədris ili üzrə I sinfə və məktəbəhazırlıq qruplarına elektron qəbul prosesi sona çatır.
Hazırda ölkə üzrə 1-ci siniflərə 132 261 nəfər, məktəbəhazırlıq qruplarına isə 89 000 nəfər uşaq qəbul olunub.
Tədris ili yaxınlaşdıqca ümumi təhsil müəssisələrində uşaqların qeydiyyatının aparılması, sənədləşmə işlərinin dəqiq və vaxtında başa çatdırılması baxımından bu mərhələnin əhəmiyyətini nəzərə alaraq bildiririk ki, övladlarının 2024-2025-ci tədris ili üzrə I sinfə eləcə də məktəbəhazırlıq qruplarına elektron qəbulu prosesini həyata keçirmək istəyən valideynlər mektebeqebul.edu.az saytı vasitəsilə şəxsi kabinet yaradaraq məktəb və müəllim seçimi edə bilərlər.
Qeyd edək ki, qeydiyyat prosesinin son günü 13 sentyabr 2024-cü il, saat 18:00-dır.
Oxşar xəbərlər
MÜTDA: 71 minə yaxın uşaq məktəbəhazırlıq qrupuna qəbul edilib
l sinfə və məktəbəhazırlıq qruplarına qəbul olunmuş uşaqların sayı açıqlanıb
Bu günə qədər 71 000-ə yaxın uşaq məktəbəhazırlıq qrupuna qəbul edilib
Bu günə qədər I sinfə 127 mindən çox uşaq qəbul edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
Tramp Qətərin ona bağışladığı nəhəng təyyarəni göstərdi - Video
