MÜTDA "Son zəng"lə bağlı xəbərdarlıq edib
“Son günlər kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə müvafiq məktəb üzrə baş verən neqativ haldan (207 saylı məktəbin direktorunun “Son zəng”lə bağlı pul tələb etməsindən-red.) agentlik xəbərdardır, bununla bağlı komissiya yaradılıb”.
APA xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
O, yoxlamaların aparıldığını qeyd edib.
“Son zəng” tədbiri ilə bağlı agentliyin müvafiq təlimatı var. Həmin təlimata əməl etmək mütləqdir. Təhsil müəssisələrinin rəhbərlərinə bununla bağlı çağırış edirik. Bütün təhsil müəssisələrinə nümunəvi protokol göndərilib. Şagirdlərin kiçikhəcmli çıxışları, yaradıcı hissələr nəzərdə tutulub. Amma təmtəraqlı, ciddi maliyyə yükü olan tədbir keçirilməsi yolverilməzdir”, - o əlavə edib.
Oxşar xəbərlər
BŞTİ: 207 saylı məktəbin direktorunun "Son zəng" üçün vəsait tələb etməsilə bağlı iddialar araşdırılacaq
Səs yazısı yayılan məktəb direktoru işdən çıxarılıb
MÜTDA 8 Martla bağlı təhsil müəssisələrinə təlimat göndərib, tapşırıqlar verib
Səs yazısı yayılan direktor işdən çıxarılıb
Məktəblərə "Son zəng"ə dair təlimatın göndərilməsi ilə bağlı məlumatlara aydınlıq gətirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













