MÜTDA 8 Martla bağlı təhsil müəssisələrinə təlimat göndərib, tapşırıqlar verib
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) 8 Mart Beynəlxalq Qadınlar Günü ilə bağlı təhsil müəssisələrinə çağırış edib.
APA xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.
"8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə valideyn və şagirdlərin müəllimləri təbrik etməsi prosesinin idarə edilməsi ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən yerli təhsil idarəetmə bölmələrinə və tabeli müəssiələrə təlimat göndərilib, müvafiq tapşırıqlar verilib.
8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə valideynlər və şagirdlər tərəfindən müəllimlərə hər hansı formada maddi və qeyri-maddi nemətlərin, qiymətli hədiyyələrin verilməsi, bu məqsədlə pul yığılması və sair halların baş verməsi yolverilməzdir. Məsələyə ciddi nəzarət edilməsi, hər hansı neqativ hallara yol verilməsinin qarşısının dərhal alınması və müvafiq tədbirlərin həyata keçirilməsi təmin ediləcək", - məlumatda deyilib.
Oxşar xəbərlər
MÜTDA 8 Martla bağlı çağırış edib
Müəllimlər Günü ilə bağlı məktəblərə təlimat göndərilib: "Pul yığılması yolverilməzdir"
Dövlət Agentliyi: Müəllimlər günü ilə əlaqədar pul yığılması yolverilməzdir
MÜTDA dərsliklərin əldə edilməsi ilə bağlı valideynlərə müraciət edib
Dövlət Agentliyi məktəbli formaları ilə bağlı valideynlərə müraciət edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













