DSX-nin Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı keçiriləcək
Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı keçirəcək.
“Report” DİM-ə istinadən xəbər verir ki, imtahan vermək üçün 1 076 şagird qeydiyyatdan keçib.
İmtahan Bakı şəhərində təşkil edilir və saat 11:00-da başlanacaq. DİM valideynlərin nəzərinə çatdırır ki, imtahan binasına buraxılış saat 10:45-də başa çatır və bundan sonra gələn şagirdlər imtahana buraxılmırlar. İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.
Şagirdlər imtahana aşağıda qeyd olunan sənədləri gətirməlidirlər:
- Şəxsiyyət vəsiqəsinin əslini (vəsiqədə şəkli olmayan şagirdlər təhsil aldıqları məktəb tərəfindən verilən arayışı (arayışa şagirdin 3x4 sm ölçülü şəkil yapışdırılır və şəkil möhürlə təsdiqlənir);
- İmtahana buraxılış vərəqəsini.
Sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmır.
Buraxılış vərəqəsində imtahanın keçiriləcəyi yer, bina, zal, başlanma vaxtı və şagirdin imtahan binasına gəlmə vaxtı qeyd olunub.
İmtahan qaydalarına aid “Yaddaş kitabçası” ilə buradan tanış olmaq mümkündür.
Test imtahanı aşağıda qeyd olunan fənlər üzrə Azərbaycan dilində aparılır:
- Azərbaycan dili;
- Riyaziyyat.
Hər fənn üzrə şagirdlərə 30 qapalı tipli sual təqdim edilir. İmtahanın müddəti 90 dəqiqədir.
İmtahanın keçirilməsi üçün 4 bina ayrılıb. İmtahanın idarə olunmasına 12 imtahan rəhbəri, 4 ümumi imtahan rəhbəri, 95 nəzarətçi, 8 buraxılış rejimi əməkdaşı cəlb edilib.
Oxşar xəbərlər
DİM bu gün 500-dək şagird üçün əlavə imtahan keçirir
Bu gün 51,2 min şagird ümumi orta təhsil üzrə buraxılış imtahanı verəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Günəşdə güclü partlayış oldu
-
DÇ-2026: Belçika - İran oyununda ilk hissə bitib - YENİLƏNİR
