Bu gün dövlət qulluğu ilə bağlı test imtahanları keçiriləcək
sizinxeber.az xəbər saytı

Bu gün dövlət qulluğu ilə bağlı test imtahanları keçiriləcək


Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) inzibati rəhbər vəzifələrə aid AB, AC və inzibati icraçı vəzifələrə aid BA, BB vəzifə altqruplarına uyğun vəzifələr üzrə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı və dövlət qulluğunda inzibati vəzifələrin B növünə aid BB vəzifə altqrupuna uyğun vəzifələr üzrə qəbul imtahanı keçirəcək.

Bu haqda APA-ya Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, BB vəzifə altqrupu üzrə test imtahanında iştirak üçün 1636 namizəd qeydiyyatdan keçib.

İmtahan saat 11:00-da və 16:00-da başlamaqla iki növbədə keçirilir və 2 saat 30 dəqiqə davam edir. Müvafiq olaraq saat 10:45-dən və 15:45-dən sonra gələn namizədlər imtahana buraxılmır.

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahanında fəaliyyətin davam etdirilməsi üzrə imtahanda iştirak etmək üçün AC qrupu üzrə 6, BA qrupu üzrə 26, BB qrupu üzrə isə 96 olmaqla, ümumilikdə 128 namizəd qeydiyyatdan keçib.

İmtahanların keçirilməsi üçün 10 imtahan rəhbəri, 114 nəzarətçi və 8 buraxılış rejimi əməkdaşı ayrılıb.

Oxşar xəbərlər

Bu gün dövlət qulluğuna qəbul üzrə test imtahanları keçiriləcək
Dövlət qulluğuna qəbul və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahanlar baş tutacaq
Dövlət qulluğuna qəbul və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanları keçirilib
Dövlət qulluğuna qəbul imtahanları keçirilib
Həftəsonu dövlət qulluğuna qəbulla bağlı imtahan keçiriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle