Goranboyda övladını döymək istəyən valideyn müəllimə xəsarət yetirib
Goranboyda məktəbə gələrə övladını döymək istəyən valideyn müəllimə xəsarət yetirib.
Bu barədə “Report”un sorğusuna cavab olaraq Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, aprelin 3-ü Goranboy rayonu Hazırəhmədli kənd tam orta məktəbdə insident baş verib: "2-ci sinifdə oxuyan şagirdlərdən birinin valideyni məktəbə daxil olaraq övladını döyməyə və xəsarət yetirməyə cəhd edib. Sinif rəhbəri şagirdi qorumaq istəyən zaman valideyn müəllimə xəsarət yetirib. Dərhal məktəb rəhbərliyi tərəfindən təcili tibbi yardım xidmətinə və hüquq-mühafizə orqanlarına məlumat verilib. Müəllimə müvafiq tibbi yardım göstərilib. Şagirdin valideyninin uyğunsuz davranışı ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır".
Qeyd edilib ki, şagirdin psixoloji durumu məktəb rəhbərliyi və idarə tərəfindən izlənilir: "Təhsil müəssisəsinin psixoloqu tərəfindən profilaktik tədbirlərin həyata keçirilməsi üçün müvafiq tapşırıqlar verilib".
Oxşar xəbərlər
Gəncədə X sinif şagirdi məktəbliyə xəsarət yetirib
Kürdəmirdə məktəbli 11-ci sinif şagirdinə xəsarət yetirib - YENİLƏNİB
Goranboyda şagirdin həmkəndlisinə xəsarət yetirməsi məktəbdənkənar ərazidə baş verib - YENİLƏNİB
Kürdəmirdə şagird məktəb yoldaşına xəsarət yetirib
Ucarda məktəbli sinif yoldaşına xəsarət yetirib, araşdırma aparılır - RƏSMİ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin












