Ərizə qəbulunda iştirak etməyən məzunlar da imtahanda iştirak edə biləcək
sizinxeber.az xəbər saytı

Ərizə qəbulunda iştirak etməyən məzunlar da imtahanda iştirak edə biləcək


20 fevral − 5 mart tarixlərində aparılan ərizə qəbulunda iştirak etməyən cari ilin məzunları da imtahanda iştirak edə biləcək.

Bu barədə APA-ya DİM-dən xəbər verilib.

"Məlum olduğu kimi, ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı ərizələrin qəbulu iki mərhələdə olmaqla internet vasitəsilə aparılır. Ərizə qəbulunun birinci mərhələsi 2025-ci il fevralın 20-dən martın 5-dək həyata keçirilib. Həmin mərhələdə ali təhsil müəsssiələrinə (o cümlədən V ixtisas qrupu üzrə) və tam (11 illik) orta təhsil bazasında kollecə qəbul olmaq istəyənlər qeydiyyatdan keçiblər.

Bu il tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə buraxılış imtahanı vermiş, lakin 20 fevral − 5 mart tarixlərində aparılan ərizə qəbulunda iştirak etməyən cari ilin məzunlarının müraciətləri nəzərə alınaraq, onların da I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının ikinci mərhələsində iştirak etmək üçün qeydiyyatdan keçməsinə imkan yaradılacaq.

Qeyd 1. I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının 2-ci mərhələsinin 1-ci cəhdində iştirak etmək üçün qeydiyyat aprelin 17-dən mayın 1-dək aparılacaq. Qəbul imtahanının birinci cəhdi mayın sonu - iyunun əvvəlində keçiriləcək. Dəqiq tarixlər barədə əlavə məlumat veriləcək.

Qeyd 2. Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün müsabiqə şərtini ödəmiş, lakin 20 fevral − 5 mart tarixlərində keçirilən ərizə qəbulu zamanı “Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək istəyirəm” bəndini seçməyən abituriyentlərə yayda kolleclərin ixtisas seçimində iştirak etməyə icazə veriləcək".

Oxşar xəbərlər

Ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulunun vaxtı uzadılıb
Ali məktəblərə qəbul imtahanlarında iştirak üçün qeydiyyat başlayıb
Ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu bu gün başa çatacaq
Ali məktəblərə qəbul imtahanlarının vaxtı məlum olub
2025-ci ildə keçiriləcək bəzi imtahanların qrafiki və qeydiyyat tarixləri elan olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle