Azərbaycanın iki universiteti ilk dəfə "Şanxay reytinqi"ndə TOP 500-də yer alıb
sizinxeber.az xəbər saytı

Azərbaycanın iki universiteti ilk dəfə "Şanxay reytinqi"ndə TOP 500-də yer alıb


Azərbaycanın Bakı Dövlət (BDU) və Azərbaycan Universitetləri ilk dəfə "Şanxay reytinqi"ndə TOP 500-də yer alıb.

"Report" xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Bildirili ki, dünyanın ən nüfuzlu reytinqlərindən biri hesab olunan “Şanxay reytinqi” (Shanghai Ranking) tərəfindən dərc olunan “Akademik Fənlərin Qlobal Reytinqi”də Azərbaycan ilk dəfə s riyaziyyat fənni üzrə 2 universitetlə təmsil olunub.

Belə ki, Bakı Dövlət Universiteti reytinqdə 401-500-cü, Azərbaycan Universiteti isə 301-400-cü pillələr arasında yer alıb.

Qeyd edək ki, Azərbaycan bu reytinqdə riyaziyyat fənni üzrə Cənubi Qafqaz regionunu təmsil edən yeganə ölkədir.

Xatırladaq ki, “Akademik Fənlərin Qlobal Reytinqi”ndə təbiət elmləri, mühəndislik, həyat elmləri, tibb elmləri və sosial elmlər daxil olmaqla 5 geniş sahə və 55 fənn üzrə dünyanın 96 ölkəsindən 1900-dən çox universitet yer alır. Bu reytinq müvafiq fənlər üzrə dünya universitetlərinin fəaliyyətini 5 kateqoriyaya (dünya səviyyəli akademik heyət, dünya səviyyəli elmi göstəricilər, yüksək keyfiyyətli tədqiqat, tədqiqat təsiri və beynəlxalq əməkdaşlıq) əsasən qiymətləndirir.

Oxşar xəbərlər

Azərbaycanın 2 ali təhsil müəssisəsi nüfuzlu reytinq cədvəlində yer alıb
Azərbaycanın 2 ali təhsil müəssisəsi dünyanın nüfuzlu reytinq cədvəlində yer alıb
BDU dünyanın ən yaxşı universitetlərinin fənn reytinqində yer alıb
Dünyanın ən yaxşı universitetlərinin fənn reytinqlərində Azərbaycan universitetlərinin sayı 3-ə çatıb
COP29-da “Dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısı: dayanıqlılıq 2025”in nəticələri elan edilib - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle