BDU dünyanın ən yaxşı universitetlərinin fənn reytinqində yer alıb
Bakı Dövlət Universiteti (BDU) dünyanın nüfuzlu reytinq agentliklərindən biri olan “QS Quacquarelli Symonds” tərəfindən dərc edilən və yüksək akademik standartlara malik universitetlərin fənn reytinqində yer alıb.
"Sizinxeber.az" xəbər verir ki, BDU “QS Subject Rankings 2024” çərçivəsində neft və qaz sahəsində ixtisaslar üzrə dünyanın ən yaxşı 150 universiteti sırasına daxil olub.
Qeyd edək ki, “QS Subject Rankings” reytinqi hazırlanarkən akademik reputasiya (akademik dairələrdə universitetin tanınması və nüfuzu), işəgötürənlər arasında reputasiya (məzunların işə qəbul edilməsi üzrə şirkət və təşkilatların rəyi), bir elmi nəşrə görə sitatların sayı (elmi tədqiqatların təsir gücünü əks etdirən göstərici), Hirş indeksi (elmi məhsuldarlıq və tədqiqatların sitatlandırma səviyyəsi), beynəlxalq elmi əməkdaşlıq indeksi (universitetin qlobal elmi əməkdaşlıq səviyyəsini əks etdirir) əsas götürülür.
BDU-nun bu uğuru Universitetin Strateji İnkişaf Planı çərçivəsində həyata keçirdiyi davamlı islahatların, elmi potensialın artırılmasının və beynəlxalq əlaqələrin genişləndirilməsinin nəticəsidir.
Oxşar xəbərlər
Dünyanın ən yaxşı universitetlərinin fənn reytinqlərində Azərbaycan universitetlərinin sayı 3-ə çatıb
Azərbaycanın 2 ali təhsil müəssisəsi nüfuzlu reytinq cədvəlində yer alıb
UNEC “Mükəmməl akademik performans” mükafatına layiq görülüb
İlahiyyat İnstitutu və Ərzincan Binəli Yıldırım Universiteti arasında əməkdaşlıq protokolu imzalanıb
BDU Ali Təhsildə Davamlılığın İnkişafı Assosiasiyasının tamhüquqlu üzvü seçilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














