Ceyhun Kərəmov: “Bu gün 50%-ə yaxın təhsil müəssisələrimizdə məcburi köçkün ailələri yaşayırlar”
sizinxeber.az xəbər saytı

Ceyhun Kərəmov: “Bu gün 50%-ə yaxın təhsil müəssisələrimizdə məcburi köçkün ailələri yaşayırlar”


"Qarabağ müharibəsi dövründə məcburi köçkün vətəndaşlarımız bir sıra təhsil müəssisələrinin infrastrukturunda məskunlaşmışdı, bu gün də 50%-ə yaxın təhsil müəssisələrimizdə məcburi köçkün ailələri yaşayır”.

Sizinxeber.az xəbər verir ki, bunu "Tikinti sektoru üzrə kadr hazırlığında dövlət-özəl tərəfdaşlığının rolu" mövzusunda müzakirədə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov deyib.

O bildirib ki, Qarabağ Zəfərindən sonra həmin vətəndaşlarımız öz doğma yurdlarına qayıtdıqca yeni təhsil müəssisələri üçün müasir infrastrukturun yaradılması və daha keyfiyyətli təhsil şəraitinin təmin edilməsi prosesi davam edir: “Son illərdə Bakıda, Gəncədə, Bərdədə, Qəbələdə, İsmayıllıda, Cəlilabadda və Lənkəranda yeni peşə təhsil müəssisələri tikilib. Hal-hazırda Qubada, Qaxda, Tovuzda və digər rayonlarımızda yeni peşə təhsil müəssisələrinin layihələndirilməsi və tikinti işləri davam edir".

Oxşar xəbərlər

Nazir: Ölkədə hazırda hər 9 şagirdə 1 kompüter düşür
Peşə təhsilində təhsilalanların köçürülməsi və bərpasına başlanılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər