Şərurda tam orta məktəb əsaslı təmirdən sonra istifadəyə verilib
Şərur rayonunun Təzəkənd tam orta məktəbi əsaslı təmirdən sonra kollektivin istifadəsinə verilib.
"Report"un yerli bürosu xəbər verir ki, sentyabrın 16-da Şərur rayonunun Təzəkənd tam orta məktəbinin yeni binasının açılış mərasimi keçirilib.
Məlumata görə, mərasimdə iştirak edən Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov və digər rəsmi şəxslər məktəbin kollektivi ilə görüşüblər.
Məktəbdə yaradılan tədris şəraiti ilə tanışlıq zamanı məlumat verilib ki, 110 yerlik məktəb binasında əsaslı təmir işləri aparılıb, binanın dam örtüyü, qapı və pəncərələri dəyişdirilib, suvaq və boyama işləri aparılıb.
Qeyd olunub ki, məktəbin STEAM otağında və fizika-kimya laboratoriyasında elektron lövhə quraşdırılıb, kompüter otağına yeni kompüter dəstləri qoyulub, məktəbə kamera sistemləri quraşdırılıb, kitabxana əlavə ədəbiyyatlarla zənginləşdirilib.
Məktəb üçün fərdi qazanxana yaradılıb, binanın həyətində açıq idman qurğuları quraşdırılıb, həyətyanı sahədə abadlıq işləri həyata keçirilib, yaşıllıq sahəsi salınıb, işıqlandırma və suvarma sistemləri yenilənib.
Oxşar xəbərlər
Bakıda 6 məktəb əsaslı təmirlə bağlı köçürülüb
Şamaxının Bağırlı kəndində Heydər Əliyev Fondu tərəfindən inşa olunan yeni məktəb binası istifadəyə verilib
Bərdə, Quba və Ucarda məktəb açılışı olub
Regional Təhsil İdarəsi: İmişlidə yeni məktəb binasının tikintisinə başlanılacaq
“28 May” metrostansiyasında eskalator əsaslı təmirdən sonra istifadəyə verilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İmişlidə ağır qəza nəticəsində 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb
-
WUF13-də Azərbaycanın şəhər inkişafı təcrübəsinin paylaşılması çoxtərəfli diplomatiyaya dəstəkdir - RƏY
-
Azərbaycan Premyer Liqasının 2025/2026 mövsümündə 500-cü qol qeydə alınıb
-
Azərbaycan Premyer Liqasına vəsiqə uğrunda pley-off matçının vaxtı və nominal ev sahibi müəyyənləşib
-
"Tasnim": İran və ABŞ memorandumun bəzi bəndləri üzrə razılığa gələ bilmir
-
"Qarabağ" Zakira Savonu transfer edib
