“28 May” metrostansiyasında eskalator əsaslı təmirdən sonra istifadəyə verilib
"Bakı Metropoliteni" QSC-nin “28 May” stansiyasının ikinci çıxışındakı “ET-3M” tipli üç eskalatordan biri əsaslı təmirdən sonra istifadəyə verilib.
"Sizinxeber.az" bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.
2010-cu ildən istismarda olan bu qurğular texniki tələblərə görə, 150 min km qaçış məsafəsini qət etdikdən sonra əsaslı təmirə dayandırılmalıdır.
İyun ayının əvvəlindən başlanmış əsaslı təmirlə əlaqədar eskalator qovşaq və hissələrinin təmiri üçün lazım olan mal-material, ehtiyat hissələri, tərtibat və alətlərlə təmin edilib. Təmir müddətində qaynaq işləri yalnız gecə növbəsində nəzarət altında yerinə yetirilib.
Təmir müddətində istismar müddəti başa çatmayan və yararlı hissələr təftiş edilməklə yenidən quraşdırılıb. Texniki şərtlərin tələblərinə görə, habelə dəyişdirilməsi zəruri olan hissə və qovşaqlar ölçü və standartlara uyğun yeniləri ilə əvəz olunub. Təmir başa çatdırıldıqdan sonra diaqnostik müayinələr aparılıb.
Qazan nəzarəti üzrə müfəttişliyin istismar tələblərinə və standartlara uyğunluğu qiymətləndirməsindən sonra nöqsan və qüsurlar olmadığı üçün eskalatorun istismara verilməsi ilə bağlı qərar qəbul edilib.
Bu tip eskalatorların istismar müddəti 40 ildir.
Oxşar xəbərlər
“Zəngəzur” tankeri əsaslı təmir olunub
ASCO: “Atlet-8” kran gəmisi əsaslı təmir olunub
Xaçınçay su anbarı 7 min hektar torpaq sahəsini su ilə təmin edəcək
İrəvan Dövlət Dram Teatrının təmiri niyə illərdir yekunlaşmır? - Rəsmi AÇIQLAMA
Bakıda bu doqquz məktəbdə tikinti və əsaslı təmir işləri aparılır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
Borcu olan şirkət nizamnamə kapitalını azaltdı
-
Azərbaycanda hərbi xidmətə çağırışla bağlı YENİLİK
-
Bakı Metropolitenində işçilərin ixtisarına başlanılıb?
-
Maliyyə naziri: “Gələn il qeyri-neft-qaz sektorunda ciddi vergi artımı yoxdur”












