sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Rusiyada təhsil alan 19 azərbaycanlı tələbə “AMOR Əlaçı Təqaüdü”nü qazanıb
Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycanlı Gənclər Birliyinin (AMOR) fəxri sədri Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “AMOR Əlaçı Təqaüdü” müsabiqəsində bu il 19 azərbaycanlı tələbə qalib gəlib.
“Report”un məlumatına görə, müsabiqə çərçivəsində Rusiyanın ali təhsil müəssisələrindəki əlaçı azərbaycanlı tələbələrə təhsil xərclərinin qarşılanması üçün maliyyə dəstəyi göstərilir.
Xatırladaq ki, təhsildə fərqlənən tələbələrə hərtərəfli dəstək və qayğı göstərmək, gənclərin təhsilə olan marağını artırmaq məqsədilə təşkil olunan müsabiqə 2009-cu ildən etibarən uğurla həyata keçirilir və bu günədək 453 tələbəni əhatə etmişdir.
Oxşar xəbərlər
ADY Rusiya Nəqliyyat Universitetində təhsil alacaq tələbələrə təqaüd ayırıb
3 il ərzində 37 mindən çox şəxsə təhsil tələbə krediti verilib
Moskvada Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə iftar verilib - FOTO
Ali təhsil müəssisələrinə ixtisas seçimi başa çatır
54 yaşında tələbə adını qazanan qadın ali təhsildən imtina edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














