Türkiyə-Azərbaycan Universitetinin yeri müəyyənləşib, bu il 90 tələbə qəbul olunacaq
Builki tədris ilində fəaliyyətə başlayacaq Türkiyə-Azərbaycan Universitetinin binasının yerləşəcəyi yer məlum olub.
"Report"un əldə etdiyi məlumata görə, universitet Bakının Xətai rayonunda, Bakı Ali Neft Məktəbinin (BANM) Xocalı prospektində yerləşən binasında fəaliyyət göstərəcək.
Artıq tələbə qəbulu ilə bağlı universitetdə tədbirlər həyata keçirilir. Məlumata görə, bu il universitetə 90 tələbənin qəbulu nəzərdə tutulub.
Xatırladaq ki, Türkiyə-Azərbaycan Universiteti (TAU) tələbə qəbulu elan edib. Abituriyentlər 9-19 avqust tarixlərində ixtisas seçimində iştirak etməklə TAU-nun kompüter mühəndisliyi, sənaye mühəndisliyi, qida mühəndisliyi ixtisaslarını seçə bilərlər.
TAU-da tədris prosesinə Türkiyədən Orta Doğu Teknik Universiteti (ODTÜ), İstanbul Tekniki Universiteti (İTÜ) və Haccettepe Universiteti, Azərbaycandan isə Azərbaycan Texniki Universiteti (AzTU) tərəfdaş kimi cəlb olunub
Oxşar xəbərlər
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı "Açıq qapı" günü keçirilir
Türkiyə-Azərbaycan Universiteti tələbə qəbulu elan edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
İran nümayəndə heyəti İsveçrəyə gedib
