MÜTDA: Məktəbli formalarının əldə edilməsi üçün seçim sərbəst aparılır
sizinxeber.az xəbər saytı

MÜTDA: Məktəbli formalarının əldə edilməsi üçün seçim sərbəst aparılır


“Valideynlərin məqsədli şəkildə hansısa satış məntəqəsinə yönləndirilməsi yolverilməzdir”.

APA xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli deyib.

“Xüsusi olaraq qeyd edirik ki, məktəbli formalarının əldə edilməsi üçün seçim sərbəst şəkildə həyata keçirilir. Valideynlərin məqsədli şəkildə hansısa satış məntəqəsinə yönləndirilməsi yolverilməzdir. Bununla bağlı Agentliyin yerli bölmələrinə və tabe müəssisələrinə müvafiq tapşırıqlar verilib. Valideynlər məktəbli formaları ilə bağlı hər hansı sual və ya problem olduğu halda Agentliyin və yerli bölmələrinin “Çağrı Mərkəzi” ilə əlaqə yarada bilərlər”.

Oxşar xəbərlər

Dövlət Agentliyi məktəbli formaları ilə bağlı valideynlərə müraciət edib
MÜTDA: Məktəbəqədər təhsil müəssisələrinə sənədlərini gecikdirənlərin qeydiyyatı silinəcək
Sentyabrda müəllimlərin sertifikatlaşdırması prosesinin müsahibə mərhələsinə start veriləcək
Məktəbəhazırlıq qruplarında üstünlük hüququ tətbiq edilən ümumi təhsil müəssisələrinə sərbəst qəbul başlayır
Zurabişvili hakim partiyanı “gürcü kabusu” adlandırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər