Məktəblərin yeni tədris ili üçün tədris planları təsdiqlənib
Ümumi təhsil müəssisələrinin 2025-2026-cı tədris ili üçün təsdiqlənib.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.
Yeni tədris planına əsasən, dövlət ümumi təhsil müəssisələrində yaradılan məktəbəhazırlıq qruplarında uşaqların sıxlığı aşağıdakı kimi müəyyənləşdirilir:
- qəsəbə və kəndlərdə yerləşən ümumi təhsil müəssisələri üçün - ən azı 10 uşaq;
- uşaqların sayı 5-9 olduğu halda, məktəbəhazırlıq qrupları regional təhsil idarələrinin razılığı əsasında yaradılır;
- şəhərlərdə yerləşən ümumi təhsil müəssisələri üçün - ən azı 15 uşaq.
Dövlət ümumi təhsil müəssisələrində yaradılan məktəbəhazırlıq qruplarında uşaqların sayının 30 nəfərdən artıq olmasına yol verilmir. Məktəbəhazırlıq qruplarında məşğələlər həftədə 4 gün keçirilir. Bir gün ərzində 3 məşğələ tədris olunur. Bir məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə 10 dəqiqə müəyyən edilir. Zehni gərginlik tələb edən məşğələlərdə, bir qayda olaraq, 3 idman dəqiqəsi keçirilir.
Məktəbəhazırlıq qruplarında təhsil alan uşaqlara ev tapşırıqları verilmir. Məktəbəhazırlıq qruplarında məşğələlərə davamiyyət və tədris olunan mövzular müvafiq qrup jurnalında qeyd edilir, uşaqların formativ qiymətləndirilməsi aparılır və bu barədə valideynlərə məlumat verilir.
Bundan başqa, Azərbaycanın ümumi təhsil müəssisələrində tədrisi nəzərdə tutulan xarici dil (dillər) ingilis, alman, fransız, rus, ərəb və fars dilləri arasından seçilir.
Tədris dilindən asılı olmayaraq, bütün ümumi təhsil müəssisələrində xarici dilin tədrisi I sinifdən başlanır. Tədrisi I sinifdən başlanan xarici dil şagirdin ümumi təhsil müəssisəsində öyrəndiyi əsas xarici dil hesab edilir.
Nəzərdə tutulan şərt ödənilməklə bir neçə xarici dil tədris olunan ümumi təhsil müəssisəsində övladı üçün müvafiq xarici dil onun valideyni və ya digər qanuni nümayəndəsi tərəfindən seçilir.
Oxşar xəbərlər
Birinci siniflərə və məktəbəhazırlıq qruplarına uşaqların qəbulu yekunlaşıb
Biləsuvarda 56 məktəbəhazırlıq qrupunda tədris başlayıb
Məktəblərin tədris planları təsdiqlənib
Yeni tədris ilində 1 milyondan çox şagird təhsil alacaq
Bu günə qədər 71 000-ə yaxın uşaq məktəbəhazırlıq qrupuna qəbul edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Azercell"də dəyişiklik - Bu xidmətləri də dayandırır
-
Azərbaycanda bəzi cərimələr sərtləşdirilir
-
“e-Sosial” portalında yenilik əlilliyi olan şəxslər üçün istifadə rahatlığının artırılmasına xidmət edir – AÇIQLAMA
-
Deputat: Qızıl ehtiyatlarının artması dəyər qazanan aktivlərə daha çox vəsaitin yönəldilməsinə imkan yaradır
-
Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib
-
Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib








