Ağdərədə tullantı poliqonu yaradılacaq  » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
13 
in
2025
16:30

Ağdərədə tullantı poliqonu yaradılacaq 

13 in, 2025
16:30
500

Ağdərədə tullantı poliqonu yaradılacaq 

İşğaldan azad edilən Ağdərə rayonu ərazisində yeni məişət və tikinti tullantıları poliqonun inşası həyata keçiriləcək.

"Report"un Qarabağa ezam olunan əməkdaşı xəbər verir ki, bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Məlumata görə, Ağdərə rayonunun inzibati ərazisində həyata keçirilən tikinti, bərpa-quruculuq işlərini daha da sürətləndirmək üçün təhlükəsiz yerdə, şəhər mərkəzindən aralıda bərk tullantılar poliqonu tikiləcək.

Rayonda yerləşən poliqon 10 hektar ərazini əhatə edəcək və tutumu 60-65 min kubmetr olacaq. Müvafiq dövlət orqanları ilə poliqonun yerləşəcəyi ərazinin dəqiqləşdirilməsi işləri həyata keçirilir. Bu işlər başa çatdıqdan sonra tikinti işlərinə start veriləcək.

Xatırladaq ki, Prezident İlham Əliyevin təsdiqlədiyi “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda işğaldan azad edilmiş ərazilərdə bərk məişət tullantılarının idarə edilməsi üzrə müvafiq infrastrukturun yaradılması nəzərdə tutulub.

Bizimlə əlaqə saxlayın