Agentlik: Bir ildə 53 nəfər tanınma üçün saxta diplom təqdim edib
2024-cü ilin aprel ayından 2025-ci ilin aprel ayına qədər 53 nəfər tanınma üçün saxta diplom təqdim edib.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyi məlumat yayıb.
Qeyd edilib ki, həmçinin kvalifikasiyasının tanınması barədə imtina qərarı verilmiş 12 nəfərin müxtəlif yollarla saxta tanınma şəhadətnaməsi əldə etmələri aşkar olunub.
"Agentliyin Nizamnaməsinə əsasən öz fəaliyyəti ilə əlaqədar sahədə inzibati xəta əlamətləri aşkar etdikdə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görmək, cinayət əlamətləri olduqda isə aidiyyəti üzrə məlumat vermək qurumun vəzifələri arasında təsbit olunduğundan, aşkarlanmış saxta diplomlar, eləcə də şəhadətnamələrlə bağlı məlumatlar mütəmadi olaraq ümumiləşdirilərək qanunvericiliyin tələblərinə uyğun olaraq hüquqi qiymət verilməsi məqsədilə aidiyyəti qurumlara göndərilir", - deyə məlumatda vurğulanıb.
Oxşar xəbərlər
TKTA: Bəzi şəhadətnamələr saxtalaşdırılır
Diplomu saxta olduğu deyilən türkiyəli həkim imtahanda keçid balını yığa bilməyib
Diplom tanınmasına dair 9 nəfərə verilmiş şəhadətnamə ləğv olunub
Diplomu saxta olduğu deyilən türkiyəli həkim imtahanda keçid balını toplaya bilməyib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
KİV: İran ABŞ-nin hərbi obyektlərini vurdu
-
Şuşada "Etimadın bərpasında media diplomatiyası və media savadlılığının rolu" müzakirə edilib
-
Çində Kainatı öyrənmək üçün Ayı alətə çevirməyin yolunu tapıblar
-
ABŞ Hörmüzə nəzarəti ələ keçirə bilsə... - Savaşın əsl səbəbi
-
"TuranBank" biznesin maliyyələşdirilməsi məqsədilə beynəlxalq fondlardan yerli valyutada vəsait cəlb edib
-
Bu ölkə Azərbaycan vətəndaşlarını deport etdi
