Magistratura səviyyəsi üzrə xaricdə təhsil proqramının nəticələri yaxın günlərdə açıqlanacaq
Magistratura səviyyəsi üzrə xaricdə təhsil proqramının nəticələri yaxın günlərdə açıqlanacaq.
“Sizinxeber.az” xəbər verir ki, bunu Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, nəticələr hazırda emal prosesindədir.
Qeyd edək ki, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı”na bakalavriat və doktorantura səviyyələri üzrə qəbul nəticələrinin ilkin siyahısına görə 125 nəfər namizəd bakalavriat səviyyəsi üzrə, 19 nəfər namizəd isə doktorantura səviyyəsi üzrə olmaqla, müvafiq Seçim Qaydalarına aid meyarlara uyğun olaraq ümumilikdə 144 nəfər proqram iştirakçısı adını qazanıb.
Oxşar xəbərlər
Dövlət Proqramı çərçivəsində 981 nəfər xaricdə təhsil alır
Xaricdə təhsil proqramı üzrə yeni tədris ilinə qəbulun nəticələrinin ilkin siyahısı dərc olunub
Son üç ildə dövlət proqramı üzrə 1252 tələbə xaricdə təhsil almaq hüququ qazanıb
Doktorantura səviyyəsi üzrə xaricdə təhsil kvotası 500 nəfər müəyyənləşib
981 nəfər Dövlət Proqramı çərçivəsində xaricdə təhsil alır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













