Son üç ildə dövlət proqramı üzrə 1252 tələbə xaricdə təhsil almaq hüququ qazanıb
sizinxeber.az xəbər saytı

Son üç ildə dövlət proqramı üzrə 1252 tələbə xaricdə təhsil almaq hüququ qazanıb


“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı” 2022-ci ildən etibarən həyata keçirilir.

"Report" xəbər verir ki, bunu Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə bakalavriat və magistratura təhsil səviyyələri üzrə qəbulun müsahibə mərhələsinin başlaması ilə əlaqədar keçirilən tədbirdə jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, proqram çərçivəsində ümumilikdə 1252 nəfər tələbə təhsil almaq hüququ qazanıb:

"Proqram iştirakçılarından 196 nəfər müvafiq beynəlxalq reytinq cədvəllərində ("Times Higher Education", “QS World Unıversıty Rankings” və “Academic Ranking of World Universities (Shanghai)”) universitetlər üzrə top10-da yer alan ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb. Proqram çərçivəsində təhsilini başa vuraraq ölkəyə qayıdan 351 nəfər Dövlət Proqramı məzunu adını qazanıb".

Oxşar xəbərlər

Doktorantura səviyyəsi üzrə xaricdə təhsil kvotası 500 nəfər müəyyənləşib
Dövlət Proqramı çərçivəsində 981 nəfər xaricdə təhsil alır
2025-2026-cı tədris ili üzrə Dövlət Proqramı çərçivəsində sənəd qəbuluna start verilib
Xaricdə təhsil üzrə Dövlət Proqramı çərçivəsində yeni sənəd qəbuluna start verilib
Bu il xaricdə təhsillə bağlı Azərbaycandan dünyanın 19 ölkəsinə 1147 namizəd müraciət edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle