Bakıda bağça müəllimləri üçün vakansiya seçimi başlayıb
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki məktəbəqədər təhsil müəssisələrində tərbiyəçi-müəllim vakansiyası üzrə növbəti qeydiyyat başlayır.
Bu barədə APA-ya Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
Qeydiyyat linki 7 avqust 2025-ci il saat 12:00-a qədər aktivdir.
Qeydiyyatda 2022-ci və 2023-cü illərdə keçirilən tərbiyəçi-müəllimlərin işə qəbul müsabiqəsinin test imtahanı və müsahibə mərhələsindən uğurla keçən, lakin bal ardıcıllığına və seçiminə uyğun olaraq yerləşdirilməsi mümkün olmayan namizədlər, eyni zamanda 2023-cü ildə test imtahanında keçid balını toplayan (29 və daha çox) və müsahibəyə qatılmayan namizədlər o şərtlə ki, yeni müsahibəni uğurla keçəcəyi halda iştirak edə bilərlər.
Qeyd edək ki, hər bir namizədin bir məktəbəqədər təhsil müəssisəsi seçmək imkanı var. Əgər bir namizəd iki və daha artıq sayda qeydiyyatdan keçərsə, keçdiyi son qeydiyyat etibarlı qəbul ediləcək.
Oxşar xəbərlər
BŞTİ-nin tabeliyindəki məktəblər üzrə 513 mindən artıq şagird təhsil alacaq
Psixoloqların işə qəbulunun test imtahanının vaxtı açıqlanıb
Psixoloqların işə qəbulu üzrə test imtahanının vaxtı açıqlanıb
Psixoloqların işə qəbulu müsabiqəsinin müsahibə mərhələsinə start verilib
BŞTİ məktəbəqədər təhsil müəssisələrinin müdiri vəzifəsinə işə qəbulla bağlı məlumat yayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













