Lisey və gimnaziyalara qəbulda 343 şagird təkrar qiymətləndirməyə cəlb olunub
Lisey və gimnaziyalara keçirilən mərkəzləşdirilmiş qəbul imtahanlarının nəticələrinin təhlili zamanı müəyyən olunmuş uyğunsuzluqların əlavə araşdırılması davam etdirilir.
Bu barədə "Sizinxeber.az"a Təhsil İnstitutundan məlumat verilib.
Bildirilib ki, bu məqsədlə İnstitutda xüsusi komissiya yaradılıb və komissiya tərəfindən ilkin olaraq nəticələrində uyğunsuzluq müşahidə edilən şagirdlərin əlavə qiymətləndirilməsi həyata keçirilib.
"Sözügedən komissiya tərəfindən 14–18 iyul 2025-ci il tarixlərində valideynlərlə görüşlər təşkil edilib, ümumilikdə 343 şagird əlavə qiymətləndirməyə cəlb olunub. Təkrar qiymətləndirmə zamanı şagirdlərə əsas imtahanda təqdim edilmiş suallarla eyni və ya oxşar səviyyədə bilik, bacarıq və səriştələri ölçən tapşırıqlar verilib.
Əlavə qiymətləndirmənin nəticələrinə əsasən, 54 şagirdin imtahan nəticələri bərpa edilib, 289 şagirdin nəticələri isə əsas imtahan nəticələri ilə ciddi uyğunsuzluq təşkil etdiyi üçün ləğv olunub. Bu barədə məlumat yaxın günlərdə şagirdlərin şəxsi kabinetlərində yerləşdiriləcək. Ümumilikdə lisey və gimnaziyalara qəbul imtahanında 26619 şagird iştirak edib.
Qeyd edək ki, nəticələrdə aşkar edilmiş uyğunsuzluqların araşdırılması komissiya tərəfindən sistemli və şəffaf şəkildə davam etdirilir", - İnstitutdan vurğulanıb.
Oxşar xəbərlər
Lisey və gimnaziyalara qəbulun nəticələri açıqlanıb, 200 şagirdin göstəricisi araşdırılacaq
Lisey və gimnaziyalara qəbul imtahanının nəticələri açıqlanıb
Lisey və gimnaziyalara şagird qəbulu üzrə imtahan cədvəli açıqlanıb
Bir sıra lisey və gimnaziyalara qəbul prosesinə start verilir
Bu il 3600-dən çox şagird lisey və gimnaziyalara qəbul olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













