Lisey və gimnaziyalara qəbulun nəticələri açıqlanıb, 200 şagirdin göstəricisi araşdırılacaq
sizinxeber.az xəbər saytı

Lisey və gimnaziyalara qəbulun nəticələri açıqlanıb, 200 şagirdin göstəricisi araşdırılacaq


Lisey və gimnaziyalara iyunun 25-27 iyunda keçirilən qəbul imtahanının nəticələri açıqlanıb.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Təhsil İnstitutu (ARTİ) məlumat yayıb.

Məlumata əsasən, 29 min 375 şagird qeydiyyatdan keçib. Ümumilikdə ölkə üzrə 52 müxtəlif mərkəzdə 26 min 619 şagirdin iştirakı ilə imtahan prosesi uğurla təşkil edilib.

Bildiririk ki, imtahanın gedişində qayda pozuntuları aşkar edilib, məsul şəxslər tərəfindən aktlaşdırılıb və pozuntuya yol verən şagirdlərin nəticələri təlimata uyğun olaraq ləğv edilib. Nəticələrin daha detallı təhlili zamanı uyğunsuzluqlar aşkar edilib, imtahan zallarındakı müşahidə kameralarının görüntülərinə, mərkəz rəhbərləri və sinif nəzarətçilərinin protokollarına, şagirdlərin cavab kartlarına baxılıb və yekun olaraq təxminən 200 şagirdin nəticəsinin əlavə araşdırılmasına zərurət yaranıb.

Araşdırmanın aparılması məqsədi ilə ARTİ-də müvafiq komissiya yaradılıb. Bu proses şagird və valideynlərin iştirakı ilə həyata keçiriləcək.

Qeyd edək ki, aparılan bu araşdırmalar imtahanda iştirak etmiş bütün şagirdlərin hüquqlarının qorunması və qəbul prosesinin şəffaflığının təmin edilməsinə istiqamətlənib.

Oxşar xəbərlər

Lisey və gimnaziyalara qəbul imtahanının nəticələri açıqlanıb
Lisey və gimnaziyalara şagird qəbulu üzrə imtahan cədvəli açıqlanıb
Lisey və gimnaziyalara qəbul qaydalarında dəyişikliklərə aydınlıq gətirilib
Bu il 3600-dən çox şagird lisey və gimnaziyalara qəbul olub
Lisey və gimnaziyalara qəbulla bağlı qərarda dəyişiklik edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle