Şimşək çaxacaq, dolu düşəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
sizinxeber.az xəbər saytı

Şimşək çaxacaq, dolu düşəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ


Aprelin 27-si axşam və 27-dən 28-nə keçən gecə Bakıda və Abşeron yarımadasının bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimal olunur.

Bu barədə "Report"a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Azərbaycanın rayonlarında aprelin 29-u gündüzədək hava şəraitinin fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Qazax-Gəncə, Qarabağ və Şərqi Zəngəzur, Dağlıq Şirvan, Quba-Qusar, Balakən-Şəki, Mərkəzi Aran, Lənkəran-Astara) yağıntının arabir leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var.

Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi istisna olunmur.

Ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti ilə əlaqədar havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə aşağı enəcək.

Oxşar xəbərlər

İntensiv yağış yağacaq, şimşək çaxacaq, temperatur 5-10 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ
İntensiv yağış yağacaq, güclü külək əsəcək, temperatur 5-10 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ
Sabahdan intensiv yağış yağacaq, temperatur 4-7 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ
Temperatur enəcək, bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
Sentyabrın 21-i gündüzədək fasilərələ yağıntılı hava şəraiti davam edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle