Duman Bakıda və bölgələrdə görünüş məsafəsini 700 metrədək məhdudlaşdırıb - FAKTİKİ HAVA
sizinxeber.az xəbər saytı

Duman Bakıda və bölgələrdə görünüş məsafəsini 700 metrədək məhdudlaşdırıb - FAKTİKİ HAVA


Ölkə ərazisinin bəzi yerlərində dumanlı hava şəraiti davam edir.

Bu barədə "Report"a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. 

Bildirilib ki, martın 12-si saat 10:00-a olan məlumata əsasən, hazırda Bakıda və Abşeron yarımadasında, eyni zamanda Gəncə, Yevlax, Zərdab, Beyləqan, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Neftçala, Salyan, Hacıqabul, Biləsuvar, Lənkəran, Şabran, Quba, Şəki, Astara və Şəmkirdə duman müşahidə olunur. Dumanda görünüş məsafəsi 200-700 metrədək məhdudlaşır.

Ölkə ərazisində müşahidə olunan dumanlı hava şəraitinin martın 14-dək fasilələrlə davam edəcəyi gözlənilir.

Oxşar xəbərlər

Azərbaycanda dumanlı hava şəraiti martın 14-dək davam edəcək
Dumanlı hava martın 14-dək davam edəcək
Bakıda və Abşeron yarımadasında dumanlı hava şəraiti müşahidə olunur
Bəzi ərazilərdə dumanlı hava şəraiti fevralın 2-dək davam edəcək
Bəzi ərazilərə yağış yağır, duman müşahidə olunur – FAKTİKİ HAVA

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle