Stiven Hamburq: "Neft-qaz sənayesində metan emissiyalarının azaldılması ətraf mühitin mühafizəsinin əsas şərtidir"
Neft və qaz sənayesində metan emissiyalarının azaldılması ətraf mühitin mühafizəsinin başlıca şərtidir.
“Sizinxeber.az” xəbər verir ki, bunu Ətraf Mühitin Müdafiəsi Fondunun (EDF) baş elmi işçisi, professor Stiven Hamburq "Bakı İqlim Fəaliyyəti Həftəsi" çərçivəsində keçirilən "Metanla mübarizədə irəliləyiş: Qlobal miqyasda metanın azaldılmasının irəlilədilməsi" adlı panel sessiyasında deyib.
O, bəzi ölkələrin artıq bu istiqamətdə uğur qazandığını, qalan ölkələrin də bundan nümunə götürməli olduğunu vurğulayıb.
"Norveç neft və qaz hasil edir, bununla belə, metan emissiyalarının səviyyəsi son dərəcə aşağıdır. Qaz hasilatının metan emissiyaları ilə əlaqələndirilməsi mütləq deyil. Bütün dünyada bu nəticəyə nail olmaqla, qlobal istiləşmənin səviyyəsini aşağı salacağıq”, - baş elmi işçi vurğulayıb.
S.Hamburq onu da deyib ki, metan yanacaq kimi istifadə edilə bilər, lakin bu, atmosferin çirklənməsinə səbəb olmamalıdır. Alim hesab edir ki, bununla birlikdə hidrogendən də istifadə etmək lazımdır.
"Biz hidrogeni dekarbonizasiya baxımından ən effektiv olacağı yerdə istifadə etdiyimizə əmin olmalıyıq. Buna görə də tam dekarbonizasiyaya nail olmaq üçün bunu necə düzgün etməli olduğumuz üzərində işləyirik", - o əlavə edib.
Oxşar xəbərlər
Stiven Hamburq: "İslahatlarsız 2100-cü ilə qədər metan emissiyalarının məqbul səviyyəsinə çata bilərik"
EDF: Tullantıların utilizasiyası problemi dünyada çox aktualdır
SOCAR-ın vitse-prezidenti: “Metan emissiyaları ilə mübarizədə süni intellekti tətbiq etməyi planlaşdırırıq"
Professor: “Metan emissiyasının sürətli azaldılması qısamüddətli temperatur artımının qarşısını almaq üçün vacib vasitədir”
SOCAR “Neft Qaz Metan Tərəfdaşlığı”na qoşulub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













