Stiven Hamburq: "İslahatlarsız 2100-cü ilə qədər metan emissiyalarının məqbul səviyyəsinə çata bilərik"
sizinxeber.az xəbər saytı

Stiven Hamburq: "İslahatlarsız 2100-cü ilə qədər metan emissiyalarının məqbul səviyyəsinə çata bilərik"


Metan emissiyalarının azaldılması iqlim dəyişikliyi ilə mübarizədə mühüm vasitədir.

“Sizinxeber.az” xəbər verir ki, bunu Ətraf Mühitin Müdafiəsi Fondunun (EDF) baş elmi işçisi, professor Stiven Hamburq "Bakı İqlim Fəaliyyəti Həftəsi" çərçivəsində keçirilən "Metanla mübarizədə irəliləyiş: Qlobal miqyasda metanın azaldılmasının irəlilədilməsi" adlı panel sessiyasında deyib.

O qeyd edib ki, hazırda bəşəriyyətin iki əsas problemi var: qlobal istiləşmə və metan tullantıları.

Alimin sözlərinə görə, metanın atmosferdə qalma müddəti nisbətən qısa olsa da, təbiətə böyük ziyan vurur: "Metan qısa ömürlüdür. Sonda o, CO2 və su buxarına çevrilir, lakin təsiri çox güclüdür".

Ekspert vurğulayıb ki, əgər indi iqlim islahatları aparılmazsa, nəticələr ağır olacaq və bəşəriyyət yalnız 2100-cü ilə qədər metan emissiyalarının qəbul edilə bilən göstəricilərinə çatacaq: "Əgər biz metan emissiyalarını sürətlə azaltsaq, növbəti bir neçə onillikdə dünyamız ekoloji cəhətdən daha təmiz olacaq".

Oxşar xəbərlər

Professor: “Metan emissiyasının sürətli azaldılması qısamüddətli temperatur artımının qarşısını almaq üçün vacib vasitədir”
SOCAR-ın vitse-prezidenti: “Metan emissiyaları ilə mübarizədə süni intellekti tətbiq etməyi planlaşdırırıq"
Umayra Tağıyeva: İqlim dəyişikliyi məsələsi Azərbaycan üçün prioritetdir
Alimlər: Son 20 ildə metan emissiyaları kəskin artıb
Leyla Həsənova: Gənclərin 70 faizi iqlim dəyişikliyindən narahatdır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər