Bakıda Şimali Avropa ölkələrinin inkişafının “yaşıl modeli” üzrə müzakirələrin birinci günü baş tutub
sizinxeber.az xəbər saytı

Bakıda Şimali Avropa ölkələrinin inkişafının “yaşıl modeli” üzrə müzakirələrin birinci günü baş tutub


Bakıda iqlim ekspertlərinin iştirakı ilə Şimali Avropa ölkələrinin inkişafının “yaşıl modeli” üzrə müzakirələrin (NORDIC TALKS: Nordic Green Model) birinci günü baş tutub.

“Sizinxeber.az” xəbər verir ki, ekspertlər “yaşıl enerji"yə keçidlə bağlı təcrübələrindən danışıblar.

Onlar qeyd ediblər ki, keçid bu ölkələr üçün asan olmayıb, lakin bu, həmin ölkələrdə ətraf mühitin qorunması üçün zəruri şərtdir.

Danimarka Enerji Agentliyinin külək enerjisi üzrə baş məsləhətçisi Uilyam Lim bildirib ki, Danimarkanın ətraf mühitin mühafizəsi təşəbbüslərini və “yaşıl” keçidi həyata keçirməsi üçün uzun müddət lazım gəlib.

“Günəşi və küləyi idarə edə bilməzsiniz, amma onlardan enerji mənbəyi kimi istifadə etməyi öyrənməlisiniz”, - o deyib.

Finlandiyalı ekspert, İqlim Liderliyi Koalisiyasının baş icraçı direktoru Tuuli Kaskinen isə iqlim dəyişikliyinin qlobal ticarətə də təsirini qeyd edərək, bizneslərin iqlim dəyişikliyinə və “yaşıl” təşəbbüslərə uyğunlaşmasının zəruriliyini vurğulayıb. Onun sözlərinə görə, bəşəriyyət hələ belə qlobal problemlə qarşılaşmayıb, lakin birgə səylərlə bu problemi aradan qaldırmaq olar.

“Bu, qlobal problemdir, lakin həll yolları da qlobaldır. Ona görə də sərhədləri aşaraq birlikdə işləmək vacibdir”, - o deyib.

Norveç Xarici İşlər Nazirliyinin “yaşıl” keçid üzrə xüsusi müşaviri Per Strand Şost öz növbəsində vurğulayıb ki, Qərb ölkələri atmosferə zərərli tullantıları azaltmaq üçün sona qədər səy göstərməlidirlər.

“Biz çalışmalıyıq ki, inkişaf etməkdə olan ölkələrin iqtisadi artımla bağlı qanuni istəkləri ətraf mühitə olan qayğı ilə birləşsin. Bu, son dərəcə vacibdir”, - o vurğulayıb.

İsveç Ekoloji Tədqiqatlar İnstitutunun Beynəlxalq şöbəsinin rəhbəri Cina Aspelin Hedbrinq qeyd edib ki, ölkəsi artıq bir neçə onilliklərdir dekarbonizasiya və “yaşıl” enerji yolu ilə gedir. Onun sözlərinə görə, bu, uzun yoldur və onu keçmək üçün başqa ölkələrlə əməkdaşlıq lazımdır və bu, ekoloji islahatları daha uğurla həyata keçirməyə imkan verəcək.

“Enerji səmərəliliyi, enerji çevikliyi və bu kimi digər bütün məsələlər haqqında danışarkən hər şeyi birlikdə etməliyik. Birlikdə göründüyündən daha çox işlər görürük. Bu, vaxt tələb edir və sprint deyil, marafondur”, - o əlavə edib.

Oxşar xəbərlər

İsveç səfiri Bakıda “Nordic Talks” konfransının açılışında çıxış edib
Prezident İlham Əliyev: "Təmiz ətraf mühit və yaşıl inkişaf milli prioritetimizdir"
Nazir müşaviri: "Gələn il Azərbaycan "yaşıl inkişaf"ı seçdiyini bir daha bəyan edəcək"
Azərbaycanda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edildi - SƏRƏNCAM
İqtisadiyyat naziri: “Azərbaycan bərpa olunan enerji üzrə yüksək potensiala malikdir”

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle