Bakıda və bir sıra rayonlarda külək güclənəcək - SARI XƏBƏRDARLIQ
Sentyabrın 24-ü gündüzdən 25-i axşamadək Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.
Bu barədə "Report"a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi arabir 13.9-20.7 m/san təşkil edəcək, bu, sarı xəbərdarlığa uyğundur.
Naxçıvan, Ordubad, Culfa, Şabran, Xaçmaz, Siyəzən, Xızı, Salyan, Neftçala, Cəlilabad, Qobustan, Göygöl, Gəncə, Samux, Goranboy, Naftalan, Şəmkir, Tovuz, Qazax, Ağstafa, Daşkəsən, Gədəbəy, Mingəçevir, Bərdə, Tərtər, Yevlax, Qax, Balakən, Şəki, Zaqatalada fasilələrlə qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək. Bu da sarı xəbərdarlığa uyğundur.
Oxşar xəbərlər
Sabah bəzi bölgələrdə külək güclənəcək - SARI XƏBƏRDARLIQ
Küləkli hava şəraiti ilə bağlı SARI XƏBƏRDARLIQ
Bakı və bəzi bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq edilib
Bakı və bəzi bölgələrdə güclü külək əsəcək, leysan yağacaq - XƏBƏRDARLIQ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













