ABŞ və Çin rəsmiləri iqlim dəyişikliyi ilə mübarizəni müzakirə ediblər
Çinlə ABŞ arasında iqlim fəaliyyəti üzrə işçi qrupu sentyabrın 4-6-da Pekində görüşüb.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.
Tərəflər iqlim dəyişikliyi ilə mübarizədə, o cümlədən enerjiyə keçid sahələrində (qlobal enerjinin kömürdən, neftdən, qazdan daha ekoloji cəhətdən təmiz yanacağa ötürülməsi) bu günə qədər əldə edilmiş irəliləyişi, dairəvi iqtisadiyyat prinsiplərinin həyata keçirilməsi, resurslardan istifadənin səmərəliliyinin artırılması, karbon emissiyalarının azaldılmasını müzakirə ediblər.
Pekin tərəfdən görüşdə Çin hökumətinin iqlim dəyişikliyi üzrə xüsusi nümayəndəsi Lyu Çjenmin, Amerika tərəfdən isə ABŞ prezidentinin iqlim dəyişikliyi üzrə xüsusi nümayəndəsi Con Podesta iştirak edib. İşçi qrupun ilk iclası 2024-cü ilin yanvarında videokonfrans vasitəsilə keçirilib.
Oxşar xəbərlər
Con Podesta: ABŞ və Çin COP29 çərçivəsində keçiriləcək iqlim danışıqlarını müzakirə edib
İtaliyalı professor: İqlim dəyişikliyi ilə tək bir ölkə mübarizə apara bilməz
COP29 gələn il Azərbaycanda keçiriləcək - RƏSMİ
Muxtar Babayev Avstraliyanın energetika naziri ilə COP29-da iqlim maliyyələşdirilməsini müzakirə edib
COP29 ərəfəsində iqlim dəyişikliyi ilə bağlı yay düşərgəsi təşkil olunacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin










