COP29 gələn il Azərbaycanda keçiriləcək - RƏSMİ » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
11 
dek
2023
19:08

COP29 gələn il Azərbaycanda keçiriləcək - RƏSMİ

11 dek, 2023
19:08
1 174

COP29 gələn il Azərbaycanda keçiriləcək - RƏSMİ

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının - COP29-un Tərəflər Konfransının 29-cu sessiyası gələn il Azərbaycanda keçiriləcək.

“Report”un Dubaydakı (BƏƏ) müxbirinin verdiyi məlumata görə, bunu COP28-in yekun sessiyasının plenar iclasında COP28-in prezidenti Sultan Əl-Cabir deyib.

Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransı 1995-ci ildən hər il keçirilir. Bu tədbirin keçirilməsində əsas məqsəd dünyada iqlim dəyişikliyi ilə mübarizədə irəliləyişləri qiymətləndirməkdir. 1990-cı illərin ortalarından başlayaraq sözügedən konfrans çərçivəsində inkişaf etmiş ölkələrdə istixana qazlarının atmosferə tullantılarının məhdudlaşdırılması ilə bağlı icbari hüquqi öhdəlikləri ehtiva edən Kioto Protokolu müzakirə olunmuşdu. 2011-2015-ci illərdə keçirilən sessiyalarda iqlim dəyişikliyi ilə mübarizədə ən əhəmiyyətli beynəlxalq sənəd hesab olunan Paris Sazişi müzakirə edilib və 2015-ci ildə qəbul olunub. Bu günədək 195 ölkə, o cümlədən Azərbaycan bu razılaşmaya qoşulub.

Bizimlə əlaqə saxlayın