Riad Axundzadə: "Azərbaycan son dərəcə yüksək su riskləri olan ölkələr kateqoriyasından çıxıb"
sizinxeber.az xəbər saytı

Riad Axundzadə: "Azərbaycan son dərəcə yüksək su riskləri olan ölkələr kateqoriyasından çıxıb"


Azərbaycan su təhlükəsizliyi sahəsindəki vəziyyəti əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilib və artıq son dərəcə yüksək su riskləri olan ölkələr sırasında deyil, lakin ölkədə su ehtiyatlarının idarə edilməsi sisteminin islahatı hələ də başlanğıc mərhələsindədir.

"Report"un məlumatına görə, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Strategiya, beynəlxalq əməkdaşlıq və elm şöbəsinin rəisi Riad Axundzadə "Dayanıqlı inkişaf üçün su" Beynəlxalq Onillik Fəaliyyətə (2018–2028) dair IV Yüksək Səviyyəli Beynəlxalq Konfransa hazırlığa həsr olunmuş brifinqdə bildirib.

Onun sözlərinə görə, hələ bir neçə il əvvəl Azərbaycan, bir çox digər ölkələr kimi su ehtiyatlarının idarə edilməsində ciddi çətinliklərlə üzləşirdi: "Aparılan islahatlar sayəsində Azərbaycanda vəziyyət əhəmiyyətli dərəcədə yaxşılaşıb".

R.Axundzadə vurğulayıb ki, son illər ərzində ölkə su sektorunun idarə edilməsinə yanaşmasını həm institusional, həm infrastruktur, həm də idarəetmə baxımından dəyişib.

Xəbər yenilənir

Oxşar xəbərlər

Azərbaycan və Türkiyə su ehtiyatlarının idarə edilməsində əməkdaşlıq edəcək
ADSEA sədri Türkiyənin Su İşləri Baş İdarəsinin rəisi ilə görüşüb
FAO rəsmisi: “Azərbaycan su ehtiyatlarının idarə edilməsində mühüm addımlar atıb”
Agentlik: Dövlət ehtiyatlarının həcmi son 5 il üzrə ən yüksək səviyyədədir
Pakistan qaz ehtiyatlarının lokallaşdırılmasında göstərdiyi dəstəyə görə Azərbaycana təşəkkür edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər