Agentlik: Dövlət ehtiyatlarının həcmi son 5 il üzrə ən yüksək səviyyədədir
Azərbaycanda dövlət ehtiyatlarının həcmi son 5 il üzrə ən yüksək səviyyədədir.
"Sizinxeber.az" xəbər verir ki, bunu Dövlət Ehtiyatları Agentliyinin İdarə Heyətinin sədri Səbuhi Sadıqov Bakıda keçirilən "İqlim dəyişikliyi fonunda dayanıqlı ərzaq təhlükəsizliyi" mövzusunda konfransda bildirib.
"Agentlik çalışır ki, ehtiyatlar azalmasın. Stabil rəqəmləri qorumağa çalışırıq. Vacib məsələ ehtiyatların yenilənməsidir. Agentliyin hədəfi yenilənmə prosesinin mütəmadi baş verməsidir. Məsələn, birdən-birə bazara böyük həcmdə taxıl buraxılmasın. Çünki bu birbaşa tələb-təklif tarazlığını poza bilər. Ona görə bu prosesdə un istehsalçıları ilə dövlət-özəl sektor əməkdaşlığı olduqca vacibdir. Dövlət üçün önəmlidir ki, un istehsalçılarının maliyyə durumu dayanıqlı olsun ki, ehtiyatların yenilənməsi prosesi mərhələli şəkildə baş versin", - deyə o qeyd edib.
Oxşar xəbərlər
Məcnun Məmmədov: "1991-2023-cü illərdə taxıl istehsalı 2 dəfədən çox artıb"
Nazir: "İqlim dəyişikliyinin aqrar sahəyə ciddi mənfi təsiri müşahidə olunur"
Dünya Bankı: Azərbaycanda su itkilərinin azaldılması prioritet istiqamət olmalıdır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
GTA 6 üçün ön-sifariş rəsmi şəkildə açıldı
-
DÇ-2026: Mərakeş - Haiti qarşılaşmasında ikinci hissə başlayıb - YENİLƏNİR-6
-
DÇ-2026: Son tura start verilir
-
Əli Əsədov Numan Kurtulmuşla görüşüb
-
İsrail yeni lazer silahını təqdim etdi: 60 saniyədə 30 hədəf məhv edilir
-
Azərbaycanda əmlak qiymətləndirilməsində süni intellekt tətbiq olunacaq
