Lənkəranda su hövzələrində təhlükəsizliklə bağlı müşavirə keçirilib
sizinxeber.az xəbər saytı

Lənkəranda su hövzələrində təhlükəsizliklə bağlı müşavirə keçirilib


Lənkəran şəhərində “Su hövzələrində təhlükəsizliyin təmin olunması” mövzusunda regional müşavirə keçirilib.

Bu barədə APA-ya FHN-in mətbuat xidmətindən məlumat verilib.

Müşavirə Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən keçirilib.

Bildirilib ki, müşavirədə Lənkəran və Astara rayon icra hakimiyyətləri və inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin, bələdiyyələrin, çimərlik operatorlarının, polis, təcili tibbi yardım bölmələrinin, yerli gigiyena və epidemiologiya mərkəzlərinin və digər aidiyyəti qurumların məsul şəxsləri iştirak edib.

Tədbirdə sözügedən rayonların ərazisindəki su hövzələrində keçirilən monitorinqlərin nəticələri barədə məlumat verilib, aşkar olunmuş nöqsanlar fotoslaydlarla nümayiş olunaraq onların aradan qaldırılması yolları geniş müzakirə edilib.

Müşavirədə çıxış edənlər, həmçinin yay mövsümündə çimərliklərdə vətəndaşların təhlükəsizliyinin təmin olunması qaydaları, maarifləndirmə işinin vəziyyəti, ölkə ərazisindəki su hövzələrində həyata keçirilmiş aidiyyəti təhlükəsizlik tədbirləri ilə bağlı məlumatlar veriblər.

Oxşar xəbərlər

Su hövzələrində insanların təhlükəsizliyin təmin edilməsi mövzusunda müşavirələr keçirilib
Su hövzələrində təhlükəsizliyin təmin edilməsi mövzusunda müşavirələr keçirilib
FHN-in Cənub Regional Mərkəzi təlim keçirib - VİDEO
FHN-in Şimal Regional Mərkəzi seminar-müşavirə keçirib
FHN-in Gəncə Regional Mərkəzi Göygöl rayonunda müşavirə keçirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər