İmişli Ağsaqqallar Şurasına sədr seçilib
Mayın 21-də İmişli rayon Ağsaqqallar Şurasının növbədənkənar yığıncağı keçirilib.
Şuradan Sizinxeber.az-ya verilən məlumata görə, yığıncaqda açıq səsvermə yolu ilə uzun illər İmişli rayon təhsil şöbəsinə rəhbərlik etmiş, respublikanın Əməkdar müəllimi Ramiz Əmirov İmişli rayon Ağsaqqallar Şurasının sədri seçilib.
Ramiz Əmirov bundan əvvəl də - 2021-ci ilin may ayından 2024-cü ilin aprel ayına kimi İmişli rayon Ağsaqqallar Şurasının sədri olub.
Qeyd edək ki, İmişli Rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov 2025-ci il mayın 9-da İmişlinin Sarıxanlı kəndində faşizm üzərində Qələbə günü münasibətilə təşkil olunan tədbirdə SSRİ bayrağı altında, sinəsində rus imperiyasının rəmzi olan "Georgi lenti" ilə çıxış edib. Bundan sonra Ağsaqqallar Şurasının iclası keçirilib və məsələyə baxılıb. İdarə Heyəti Şuranın adına ləkə gətirən hərəkətlərə yol verdiyinə, Azərbaycan Ağsaqqallar Şurasının Nizamnamə tələblərini kobud şəkildə pozduğuna görə Saleh Səmədovun İmişli Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilməsi, o cümlədən Azərbaycan Ağsaqqallar Şurasının üzvlüyündən çıxarılması barədə qərar qəbul edib. Azərbaycan Ağsaqqallar Şurasının aparatına yerli bölmələrin fəaliyyətinə nəzarətin artırılması barədə tapşırıqlar verilib.
Oxşar xəbərlər
SSRİ bayrağı altında, sinəsində "Georgi lenti" ilə çıxış edən Saleh Səmədov Ağsaqqallar Şurasından çıxarılıb
“Georgi lenti” taxan İmişli Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib
Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının sədri Bakıya gəlir
Ermənistanda İrəvan Ağsaqqallar Şurasının üç müxalifət üzvünü mandatdan məhrum etmək istəyirlər
İrəvan Ağsaqqallar Şurasının üzvünün avtomobili yandırılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sosial yardım bu şərtlərlə və həmin ailələrə veriləcək — AÇIQLAMA
-
Kredit götürənin sosial yardımı kəsiləcək? - VACİB AÇIQLAMA
-
Hər uşağa görə ayrıca pul veriləcək? – AÇIQLAMA
-
İranda hərbi əməliyyatlar yenidən başlayır? - Netanyahu və Tramp nələri müzakirə etdilər?
-
Xabi Alonso “Çelsi”nin baş məşqçisi olacaq
-
Kanada rəsmisi: Şəhər problemləri hökumətlərin həll imkanlarını üstələyir
