Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumda qətlə yetirilən Orxan Əsgərovun atası: Qatil layiq olduğu cəzanı aldı
“Mənim üçün vacib olan oğlumun qatilinin layiq olduğu cəzanı almasıdır. O, cəzasını aldı. Buna görə, Azərbaycan Prezidentinə minnətdaram. Ailəmiz adından dövlət başçısına təşəkkür edirik”.
Bunu Sizinxeber.az-ya açıqlamasında Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum zamanı həlak olan mühafizə xidmətinin rəisi Orxan Əsgərovun atası Rizvan Əsgərov deyib.
Azərbaycanın Tehrandakı səfirliyinə hücum edən Yasin Hüseynzadə barəsində məhkəmənin edam qərarının icrasına münasibət bildirən R. Əsgərov bunları deyib: “Şübhəsiz ki, məhkəmə qərarının icrasında iştirak etmək istəyirdim. Əvvəlcə İran tərəfi valideynin icra prosesində iştirakının vacib olduğunu bildirmişdi. Mən də iştirak etmək istəyirdim. Ancaq Azərbaycanda ölüm hökmü olmadığı üçün bizim ölkənin vətəndaşı gedib başqa ölkədə ölüm hökümünün icrasını izləyə bilməz. Onlar da bununla razılaşdılar. Biz icrada iştirakı vəkilimizə həvalə elədik. Məndə olan məlumata görə, səfirliyin nümayəndəsi də bu gün səhər qərarın icrasında iştirak edib”.
Oxşar xəbərlər
İranda səfirlikdə şəhid olan Orxan Əsgərovun atası: Hökmün icrasında iştirak etmək istəyirəm - VİDEO
İran Ali Məhkəməsi Azərbaycan səfirliyinə hücum edən şəxslə bağlı ölüm hökmünü təsdiqləyib
Azərbaycanın İrandakı səfirliyinə hücum edən şəxs bu gün səhər edam olunub
Azərbaycan səfiri İran XİN-də görüşlər keçirib - FOTO
Pezeşkian Azərbaycan səfirliyinə hücum edən şəxslə bağlı hökmün icrası məsələsindən danışıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sosial yardım bu şərtlərlə və həmin ailələrə veriləcək — AÇIQLAMA
-
Kredit götürənin sosial yardımı kəsiləcək? - VACİB AÇIQLAMA
-
Hər uşağa görə ayrıca pul veriləcək? – AÇIQLAMA
-
İranda hərbi əməliyyatlar yenidən başlayır? - Netanyahu və Tramp nələri müzakirə etdilər?
-
Xabi Alonso “Çelsi”nin baş məşqçisi olacaq
-
Kanada rəsmisi: Şəhər problemləri hökumətlərin həll imkanlarını üstələyir
