İranda səfirlikdə şəhid olan Orxan Əsgərovun atası: Hökmün icrasında iştirak etmək istəyirəm - VİDEO
İranda terror hücumu zamanı şəhid olar səfirlik əməkdaşının ailəsinə təzminat təklif olunubmuş.
Bunu Sizinxeber.az TV-yə müsahibəsində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu zamanı şəhid olmuş Orxan Əsgərovun atası Rizvan Əsgərov deyib.
Rizvan Əsgərov bildirib ki, onlar bu qərarı 2 ildir gözləyirlər: "İl yarım əvvəl İrandan gəlmiş nümayəndələr bizə bildirdilər ki, İrandakı şəriət qanunları ilə terrorçuya edam hökmü və ya təzminat tələb edə bilərik. Biz, əlbəttə, təzminatla razılaşmadıq. Tələbimiz terrorçunun cəzalandırılması oldu".
Rizvan Əsgərov hökmün icrasını müşahidə etmək istədiyini də deyib: "Onun gözlərinə baxmaq istəyirəm".
Qeyd edək ki, 27 yanvar 2023-cü ildə Azərbaycanın İrandakı səfirliyinin binasına terror hücumu olub. Hücum zamanı səfirliyin əməkdaşı Orxan Əsgərov terrorçunu binadan uzaqlaşdırmaqla, səfirlik binasındakı əməkdaşları və onların ailə üzvlərini xilas edib. Özü isə aldığı güllə yarasından şəhid olub.
Dünən İran məhkəməsi səfirliyə terror hücumu edən şəxs barəsində edam hökmünü təsdiq edib.
Oxşar xəbərlər
Azərbaycan səfiri İran XİN-də görüşlər keçirib - FOTO
İran Ali Məhkəməsi Azərbaycan səfirliyinə hücum edən şəxslə bağlı ölüm hökmünü təsdiqləyib
Səfirliyimizə hücum edən şəxs edam olunacaq
İranda Azərbaycan səfirliyinə hücum edən terrorçu edam ediləcək - VİDEO
Baş prokuror Azərbaycanın İrandakı səfirliyinə hücum etmiş şəxslə bağlı hökmün icrası prosesinə münasibət bildirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











